Bank Of Baku

Azərbaycanın bank sistemində kapital adekvatlığı normadan artıqdır

Azərbaycanın bank sistemində kapital adekvatlığı normadan artıqdır
# 10 dekabr 2009 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın bank sektoru üzrə kapital adekvatlığı göstəriciləri kifayət qədər yüksək səviyyədədir.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış və cari ilin üç rübünü əhatə edən “Maliyyə Sabitliyi İcmal”ında deyilir.

İcmalda göstərilir ki, cari ilin əvvəli ilə müqayisədə bankların məcmu kapitalı 14,7% (və ya 219.4 mln. manat) artaraq oktyabr 1-nə 1 711,1 mln. manata çatıb.

Bank sektorunun məcmu kapitalın strukturu və dinamikası

(mln. man.)

 

01.01.2008

01.01.2009

01.10.2009

I dərəcəli kapital

755,3

1 091,8

1 286,5

Nizamnamə kapitalı

689,5

949,7

1 057,9

Səhmlərin emissiyasından əlavə vəsait

20,3

32,3

32,3

Bölüşdürülməmiş mənfəət

59,6

125,2

214,0

II dərəcəli kapital

305,4

449,0

472,7

Cari ilin mənfəəti

132,8

192,1

219,0

Ümumi ehtiyatlar

63,0

93,9

109,4

Kapitalın digər vəsaitləri

159,3

169,7

144,3

Məcmu kapitaldan tutulmalar

49,4

48,6

47,6

Tutulmalardan sonra məcmu kapital

1 009,1

1 491,7

1 711,1



Göründüyü kimi, bankların məcmu kapitalın artımı əsasən I dərəcəli kapitalın (nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət) yüksəlməsi hesabına bas verib. Öz növbəsində I dərəcəli kapitalın strukturunda bölüşdürülməmiş mənfəətin və ehtiyat kapitalının payı artıb.

Cari ilin oktyabrın 1-nə bank sektorunun kapital adekvatlığı 19,4% təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,2 faiz bəndi aşağıdır. Qeyd edək ki, kapitalın adekvatlığı bankların məcmu kapitalın risklərlə ölçülmüş aktivlərin nisbətidir.

Kapital adekvatlığının il ərzində yüksək səviyyəsinin saxlanılması kapitalın artım tempinin (ilin əvvəlindən 14,7%) riskli aktivlərin artım tempinə təxminən adekvat olması ilə əlaqədardır. Nəticədə sektor üzrə kapitalın adekvatlıq göstəricisi Mərkəzi Bankın müəyyən etdiyi minimal normanı (12%) 1,6 dəfə üstələyir. Bank sektoru üzrə kapital adekvatlığı göstəricisinin faktiki səviyyəsi banklarda kifayət həcmdə kapital ehtiyatı buferinin mövcudluğunu əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR