Bank Of Baku

“ABB-Moskva” “Rusiyanın ən iri bankları” reytinqində 158-ci yeri tutub

“ABB-Moskva” “Rusiyanın ən iri bankları” reytinqində 158-ci yeri tutub
# 10 dekabr 2009 08:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə müəssisəsi olan «ABB-Moskva» «Rusiyanın ən iri bankları»nın cari ilin yanvar-sentyabr ayları üzrə hazırlanan reytinqində aktivlərə görə 158-ci, kredit portfelinə görə 136-cı yeri tutub.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, reytinqdə «ABB-Moskva» 9 aylıq göstəricilərə əsasən, hüquqi şəxslərə verilən kreditlər üzrə 114-cü, depozit portfeli üzrə 237-ci, hüquqi şəxslərin depozitləri üzrə isə 191-ci yerlə layiq görülüb.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə bankın aktivləri 10 346,13 mln. rubl təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 20,5% çoxdur. Həmçinin hesabat dövründə bankın kredit portfeli 25,9% artaraq 6 920,39 mln. rubl, depozit portfeli 90,57% genişlənərək 3 376,62 mln. rubla çatıb.

Bundan başqa, bu müddət ərzində hüquqi şəxslərə verilən kreditlər 30,17% artaraq 6 250,69 mln. rubl, hüquqi şəxslərin depozitləri isə təxminən iki dəfə artaraq 2 519,33 mln. rubl təşkil edib.

Xatırladaq ki, təsisçisi ABB (100%) olan «ABB-Moskva» 2002-ci ilin yanvarından fəaliyyət göstərir. Bankın Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda 12 ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR