Bank Of Baku

IFC “Azərbaycan və Mərkəzi Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi” layihəsinin təqdimatını keçirib

IFC “Azərbaycan və Mərkəzi Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi” layihəsinin təqdimatını keçirib
# 10 dekabr 2009 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın maliyyə sektorunda icrasına başlayacağı yeni layihənin - «Azərbaycan və Mərkəzi Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi» layihəsinin (ACAFI) Bakıda təqdimatını keçirib.

«APA-Economics»in məlumatına görə, sözügedən layihə Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanda həyata keçiriləcək. Azərbaycanda layihənin icrasına artıq dekabrın dekadasında başlanacaq və 3 il davam edəcək.

ACAFI-nin təqdimatını keçirən layihə mütəxəssisi Teymur Heybətov qeyd edib ki, layihə çərçivəsində IFC və Azərbaycan Mərkəzi Bankı birgə kredit bürosu, həmçinin risk menecment proqramı yaradacaq: «Layihənin əsas məqsədləri sırasına kredit məlumat mübadiləsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə təşkilatlarının institusional gücləndirilməsi, Kredit Bürosunun yaradılması və onun institusional gücləndirilməsi, risk menecment proqramının yaradılması və bu istiqamətdə peşəkar təhsilin artırılması, əhalinin məlumatlandırılması və s. daxildir».

Qeyd edək ki, IFC Dünya Bankı Qrupunun üzvüdür və inkişaf dövründə olan ölkələrdə davamlı iqtisadi inkişafı dəstəkləyir, yerli və beynəlxalq maliyyə bazarlarına özəl kapitalı mobilizə edir, hökumət və biznes strukturlarını məsləhət və risklərin azaldılması xidmətləri ilə təmin edir. Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür və bu müddət ərzində IFC ölkədə korporativ idarəetmə, ipoteka, lizinq və digər sahələr üzrə layihələrin icrasında çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR