Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Bankların maliyyə durumunun sabitləşməsi davam edir

Azərbaycan Mərkəzi Bankı: Bankların maliyyə durumunun sabitləşməsi davam edir
# 10 dekabr 2009 10:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların vergi ödənilənədək mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artaraq oktyabrın 1-nə 239,3 mln. manata çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış və cari ilin üç rübünü əhatə edən “Maliyyə Sabitliyi İcmal”ında bildirilir.

İcmala əsasən, mənfəətlə işləyən bankların sayı 2009-cu ilin 9 ayında 38, zərərlə işləyən
bankların sayı isə 8 olub. Bankların zərərlərinin həcmi 9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 12,3 mln. manata bərabər olub.

Xalis mənfəətin aktivlərə nisbəti (ROA əmsalı) 2009-cu ilin 9 ayında 2,9% (ötən ilin müvafiq dövründə 2,8%), xalis mənfəətin kapitala nisbəti (ROE əmsalı) 19,8% (ötən ilin müvafiq dövründə 21,6%) təşkil edib.

Ehtiyatların yaradılması ilə bağlı xərclər dövr ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 44% azalaraq 82 mln. manata bərabər olub.

Qlobal maliyyə böhranı ilə əlaqədar Mərkəzi Bankın böhrana qarşı preventiv tədbirləri çərçivəsində ehtiyatların əksər hissəsi 2008-ci ilin II yarısında yaradılıb. Belə ki, 1 oktyabr 2009-cu il tarixinə yaradılmış ehtiyatların yalnız 16%-i cari ilin xərcləri hesabına formalaşıb. Müqayisə üçün qeyd edək ki, 1 oktyabr 2008-ci il tarixinə bu göstərici 40% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR