Bank Of Baku

Avro Azərbaycanda iki aylıq minimuma enib

Avro Azərbaycanda iki aylıq minimuma enib
# 10 dekabr 2009 10:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının dekabrın 10-u üçün rəsmi məzənnəsinə əsasən, 1 avronun dəyəri 1,1805 manat təşkil edir. “APA-Economics”in xəbərinə görə, bu göstərici oktyabrın 6-dan bəri ən aşağı səviyyədir.

Qeyd edək ki, sözügedən iki ay ərzində avronun məzənnəsi tədricən artaraq, dekabrın 2-də cari ilin maksimumuna çatıb və 1,2110 manat təşkil edib.

Eyni zamanda oktyabrın əvvəlindən dollar-manat cütlüyündə demək olar ki, heç bir dəyişiklik müşahidə olunmayıb. Belə ki, oktyabr-dekabr ayları ərzində dolların məzənnəsi 0,8033 manatdan tədricən 0,8024 manata enib, sonra isə hazırkı 0,8028 manat səviyyəsinə yüksəlib.

Azərbaycanda manatın avroya və dollara qarşı məzənnələrinin dinamikası dünya bazarlarında avronun dollara qarşı dinamikasının əksidir. Qeyd edək ki, oktyabrın əvvəlində dünya bazarlarında avronun məzənnəsi 1,4750 dollara bərabər olub ki, bu da hazırkı 1,4739 dollarlıq məzənnədən heç də fərqlənmir. Eyni zamanda Azərbaycanda avronun illik rekordu olan günü dekabrın 2-də avronun dünya bazarlarında məzənnəsi də 1,5090 dollaradək yüksəlib ki, bu da son bir neçə aylıq maksimumu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR