Bank Of Baku

Gələn ildən Milli Depozit Mərkəzinin yeni xidmət tarifləri qüvvəyə minəcək

Gələn ildən Milli Depozit Mərkəzinin yeni xidmət tarifləri qüvvəyə minəcək
# 10 dekabr 2009 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ildən etibarən Milli Depozit Mərkəzinin (MDM) yeni xidmət tarifləri qüvvəyə minəcək.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, MDM-in səhmdarlarının ümumi yığıncağının qərarına əsasən 2010-cu ilin yanvar ayının 1-dən etibarən göstərilən xidmətlər üzrə yeni tariflər tətbiq ediləcək. MDM-in göstərdiyi xidmətlər sırasına isə sənədli və sənədsiz formada, eləcə də dövlət özəlləşdirmə çekləri və opsionlar şəklində buraxılan qiymətli kağızların saxlanması, qiymətli kağızların sahiblərinin reyestrinin aparılması, qiymətli kağızların özgəninkiləşdirilməsi yolu ilə bağlı olan əqdlərin qeydiyyatı, qiymətli kağızlarla mülkiyyət hüququnun rəsmiləşdirilməsi, qiymətli kağızların yüklülük faktlarının qeydiyyatı, həmçinin qiymətli kağızların konsolidasiya, konvertasiya və xırdalanması, eləcə də digər qlobal əməliyyatların aparılması daxildir.

Qeyd edək ki, MDM 1997-ci ilin sentyabr ayının 18-də qapalı tipli səhmdar cəmiyyəti formasında öz fəaliyyətinə başlayıb. Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 1999-cu ildə fəaliyyətə başlanmasından sonra həmin il sentyabrın 8-də MDM yenidən təsis olunub. Bu tarixdən etibarən MDM-in təsisçisi və bütün səhmlərinin mülkiyyətçisi kimi QKDK çıxış edir. MDM-in əsas fəaliyyəti depozitar və reyestrsaxlayıcı xidmətlərinin göstərilməsi, o cümlədən qiymətli kağız sahiblərinin hüquqlarının uçotu və səhmdar cəmiyyətlərinin səhmdarlarının reyestrinin saxlanılması və aparılmasından ibarətdir. MDM Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyasının həmtəsisçilərinin tərkibinə daxil olub və onun tamhüquqlu iştirakçısıdır, habelə Milli Nömrələyici Agentliyi seçilərək Milli Nömrələyici Agentliklər Assosiyasiyası (ANNA) ilə qlobal əməkdaşlıq haqqında saziş bağlayıb.

MDM-in ümumi nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM-də xidmət olunan emitentlərin sayı 1200 yaxındır. Depo və subhesablarının miqdarı - fiziki şəxslər üzrə 100 minə yaxın, hüquqi şəxslər üzrə isə 340-dan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR