Bank Of Baku

«Omni Finance» yaxın bir ayda kredit portfelini iki dəfə artıracaq

«Omni Finance» yaxın bir ayda kredit portfelini iki dəfə artıracaq
# 11 dekabr 2009 07:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatı yaxın bir ay ərzində kredit portfelini iki dəfə artıraraq 1 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqov bildirib.

E.Sadıqovun sözlərinə görə, hazırda təşkilatın kredit portfeli 0,5 mln. manat təşkil edir. Kredit portfelinin iki dəfə artırılaraq 1 mln. manata çatdırılması təşkilatın yaxın vaxtlarda əlavə 0,5 mln. manat həcmində istiqrazların dövriyyəyə buraxılması ilə əlaqədar olacaq. İstiqrazların emissiyası nəticəsində «Omni Finance»ın kredit portfelinin genişlənməsi ilə yanaşı, nizamnamə kapitalı da 660 min manata çatacaq. Bu isə nizamnamə kapitalının təxminən üç dəfə artırılması deməkdir.

«Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən təşkilatın sənədsiz adlı təmin edilmiş istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb. İstiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edib. İstiqrazların yerləşdirilməsinə bu ilin dekabr ayında başlanacaq», - deyə sədr E.Sadıqov bildirib.

Qeyd edək ki, təşkilatın kredit portfeli bu günə 0,5 mln. manatdır. Portfelin diversifikasiyasında biznesin inkişafı üzrə verilən kreditlər 80%, istehlak kreditləri isə 20% təşkil edir. Təşkilat tərəfindən təklif olunan kreditlər 27-30% civarındadır.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə mikromaliyyə təşkilatı kimi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb və 2009-cu ilin oktyabr ayından etibarən adını dəyişərək «Omni Finance» MMC olub. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR