Bank Of Baku

«Muğanbank» nizamnamə kapitalını 5,5% artırır

«Muğanbank» nizamnamə kapitalını 5,5% artırır
# 11 dekabr 2009 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Muğanbank» Açıq Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Muğanbank»ın səhmlərinin yerləşdirilməsinə artıq dekabr ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 5,5% artaraq 19 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «MuğanBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 130,618 mln. manat, depozit portfeli 58,814 mln. manat, kredit portfeli 79,026 mln. manat, məcmu kapitalı 21,960 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat olub.

Bankın hazırda 27 filialı, 30 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR