Bank Of Baku

«Omni Finance» respublika üzrə daha dörd filial açmaq niyyətindədir

«Omni Finance» respublika üzrə daha dörd filial açmaq niyyətindədir
# 11 dekabr 2009 08:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatı strateji plana uyğun olaraq yaxın altı ay ərzində respublika üzrə daha dörd filial açmaq niyyətindədir.

Təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqovun «APA-Economics»ə verdiyi məlumata görə, strateji planda ilk olaraq təşkilatın İsmayıllı, Şəmkir və Qazax rayonlarında filiallarının açılması nəzərdə tutulur. Daha sonra Tovuz filialının yaradılması məsələsi müzakirə ediləcək.

E.Sadıqovun sözlərinə görə, adı çəkilən regionlarda filialların açılması üçün təşkilat tərəfindən həmin regionlar üzrə bazar araşdırmaları, həmçinin təhlillər aparılaraq qərar verilib. «Respublikanın regionlarında filial açmaq planımız şirkətimiz üçün əsas məqsədlərdən biridir. Biz «Omni Finance» kredit təşkilatı olaraq regionlarda filial şəbəkəsini genişləndirməklə müştərilərin rahatlığını təmin etmiş oluruq», - deyə sədr qeyd edib.

Qeyd edək ki, təşkilatın kredit portfeli bu günə 0,5 mln. manatdır. Portfelin diversifikasiyasında biznesin inkişafı üzrə verilən kreditlər 80%, istehlak kreditləri isə 20% təşkil edir. Təşkilat tərəfindən təklif olunan kreditlər 27-30% civarındadır.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə mikromaliyyə təşkilatı kimi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb və 2009-cu ilin oktyabr ayından etibarən adını dəyişərək «Omni Finance» MMC olub. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR