Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun reyestrində dəyişiklik edilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun reyestrində dəyişiklik edilib
# 11 dekabr 2009 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) reyestrində dəyişiklik edilib.

ƏSF-dən «APA-Economics»ə verilən məlumata görə, reyestrdə aparılan dəyişikliyə əsas səbəb «Əmrahbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) rebrendinqi ilə bağlı olub. Bankın adı dəyişərək «AmrahBank»a çevrilib.

Qeyd edək ki, ƏSF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Quruma üzv olan bankların sayı 39 və banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı 10 min manatdır. İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Üzv banklarda illik 15%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Növbəti ilin yanvarın 1-dək kompensasiya məbləğinin maksimum limit həddi 6 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir və sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR