Bank Of Baku

«Omni Finance» 2010-cu ildə aktivlərinin həcmini 3 mln. manata çatdıracaq

«Omni Finance» 2010-cu ildə aktivlərinin həcmini 3 mln. manata çatdıracaq
# 11 dekabr 2009 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatı növbəti il ərzində aktivlərini 15 dəfə artıraraq 3 mln. manata həcminə çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqov bildirib.

E.Sadıqovun sözlərinə görə, növbəti il ərzində təşkilat tərəfindən əlavə 2-2,5 mln. manat həcmində istiqrazlar emissiya ediləcək və bunun hesabına qurumun aktivləri 3 mln. manata çatacaq: «Hazırda təşkilatın aktivlərinin həcmi 200 min manat təşkil edir. Ümumiyyətlə, növbəti il strateji planlarımıza uyğun olaraq «Omni Finance» inkişaf üçün daha mühüm layihələr həyata keçirəcək».

Qeyd edək ki, təşkilatın kredit portfeli bu günə 0,5 mln. manatdır. Portfelin diversifikasiyasında biznesin inkişafı üzrə verilən kreditlər 80%, istehlak kreditləri isə 20% təşkil edir. Təşkilat tərəfindən təklif olunan kreditlər 27-30% civarındadır.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə mikromaliyyə təşkilatı kimi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb və 2009-cu ilin oktyabr ayından etibarən adını dəyişərək «Omni Finance» MMC olub. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR