Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi filial rəhbərləri üçün kurslara başlayır

Azərbaycan Bank Tədris Mərkəzi filial rəhbərləri üçün kurslara başlayır
# 11 dekabr 2009 14:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bu il dekabrın 14-dən 25-dək bankların filial rəhbərləri, bankların filial rəhbərlərinin imza hüququ olan müavinləri, filial rəhbəri və müavinliyinə namizədlər üçün «Bank filialının meneceri» mövzusunda kurslara başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, kurslarda mütəxəssislər tərəfindən bank fəaliyyətinin hüquqi təminatı, filialın işinin təşkili, müştəri xidməti işinin təşkili, kredit işinin təşkili, plastik kartlar, risklərinin idarə edilməsi, biznes etika, korporativ davranış və filial menecerinin liderlik funksiyaları tədris olunacaq.

Qeyd edək ki, kurslar ödənişli əsaslı olmaqla hər bir iştirakçı üçün 800 manat (ƏDV daxil deyil) təşkil edir.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa Birliyinin TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi mövqeyini qoruyub saxlayıb. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR