Bank Of Baku

“Nikoyl Bank” yeni depozit aksiyaya başlayıb

“Nikoyl Bank” yeni depozit aksiyaya başlayıb
# 11 dekabr 2009 15:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Nikoyl Bank”ı Yeni il münasibətilə dekabrın 10-dan “10-dan yaxşı nə ola bilər!” adlı depozit aksiyaya başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2010-cu il yanvarın 10-dək davam edəcək aksiyanın şərtlərinə əsasən 1000 manat, dollar və ya avroda bank tərəfindən təklif edilən hər hansı depoziti açan müştəri “BU Kart” yeni plastik gəlir kartı hədiyə alacaq.

“BU Kart” debet və depozit kartların üstünlüklərini birləşdirən plastik kartdır ki, onun vasitəsilə kommunal xidmətləri, mobil operatorların xidmətlərini, internet-resursların köməyi ilə ödənişləri aparmaq mümkündür.

Aksiyanın üstünlüyü ondan ibarətdir ki, onun çərçivəsində alınan kartların hesabına hər ay illik 10% həcmində faizlər əlavə ediləcək.

Qeyd edək ki, “BU Kart” plastik kartı müştərinin seçimi ilə manat və ya dollarla açıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR