Bank Of Baku

«Bank of Baku» nizamnamə kapitalını artırır

«Bank of Baku» nizamnamə kapitalını artırır
# 14 dekabr 2009 07:48 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin əvvəlində nizamnamə kapitalını artırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə «Bank of Baku»nun baş ofisindən məlumat verilib.

Bankdan bildirilib ki, 2009-cu ilin yekunlarına görə ən azı 7 mln. manat məbləğində mənfəətin əldə olunacağı proqnozlaşdırılır. İlin yekunları əsasında məhz bu həcmdə mənfəətin nizamnamə kapitalına yönəldilməsi planlaşdırılır. Nəticədə, «Bank of Baku» SKB-nin artıq gələn ilin əvvəlində nizamnamə kapitalının minimum iki dəfə artırılaraq təxminən 14 mln. manata çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 179,299 mln. manat, depozit portfeli 84,291 mln. manat, kredit portfeli 130,194 mln. manat, məcmu kapitalı 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 28,282 mln. manata, xərcləri 20,790 mln. manata, mənfəəti 6,293 mln. manata, xalis mənfəəti isə 6,248 mln. manata bərabər olub. Hazırda bankın respublika üzrə 15 filialı, 25 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR