Bank Of Baku

AYİB «Muğan Bank»a kredit ayırıb

AYİB «Muğan Bank»a kredit ayırıb
# 14 dekabr 2009 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda real iqtisadiyyatın dəstəklənməsi çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Muğan Bank» ASC-yə 3 mln. ABŞ dolları məbləğində kredit ayırıb.

AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, AYİB-in «Muğan Bank»a ayırdığı maliyyə paketi iki hissədən ibarətdir. Belə ki, ilk hissədə AYİB «Muğan Bank»a kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün 2 mln. dollar, Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) çərçivəsində isə daha 1 mln. dollar ayırıb.

Bu vəsait bank təminatlarının, akkreditivlərin və «Muğan Bank» tərəfindən xarici ticarət kontekstində verilən bank-bank tipli əvəz ödəmə təminatlarının dəstəklənməsinə sərf olunacaq.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Azərbaycanda fəaliyyətinə başladığı zamandan bu günədək AYİB korporativ, maliyyə, infrastruktur və enerji sektorlarına 90-dan artıq layihəyə 1 mlrd. dollardan artıq sərmayə yatırıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 130,618 mln. manat, depozit portfeli 58,814 mln. manat, kredit portfeli 79,026 mln. manat, məcmu kapitalı 21,960 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat olub. Hazırda bankın 27 filialı, 30 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR