Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» yeni filial açıb

«YapıKredi Bank Azerbaijan» yeni filial açıb
# 14 dekabr 2009 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakı şəhərində «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Səbail rayonunun Yusif Məmmədəliyev küçəsi,13 ünvanında yerləşən filial müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa hesabı, cari hesabların açılması, depozit və kredit əməliyyatları, pul köçürmələri və digər bank xidmətləri göstərəcək.

Qeyd edək ki, bu yaxınlarda bankın «28 May» şöbəsinin hüquqi ünvanı da dəyişib. Belə ki, hazırda həmin şöbə paytaxtın Rəşid Behbudov küçəsi,8 ünvanında fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə filiallarının ümumi sayı artıq 6-ya çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR