Bank Of Baku

Azərbaycanda xarici valyutada bank kreditlərinin bahalaşması müşahidə olunur

Azərbaycanda xarici valyutada bank kreditlərinin bahalaşması müşahidə olunur
# 14 dekabr 2009 08:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin noyabr ayının əvvəlinə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcələri ilin əvvəli ilə müqayisədə 1,22 faiz bəndi azalaraq illik 16,23% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xarici valyutada kreditlər üzrə orta faiz dərəcələri isə 3,83 faiz bəndi artaraq illik 18,35%-ə çatıb:

 

Kreditlər üzrə orta

Hüquqi şəxslər üzrə

Fiziki şəxslər üzrə

 

Manat

Xarici valyuta

Manat

Xarici valyuta

Manat

Xarici valyuta

01.01.2009

17,45

14,52

14,87

12,37

21,53

21,52

01.11.2009

16,23

18,35

14,40

16,06

20,73

23,93



Göründüyü kimi, xarici valyutada verilən kreditlər üzrə faiz dərəcələrində manat kreditlərindən fərqli olaraq bahalaşma müşahidə olunur. Bu da bütün borcalan təbəqələrə, yəni həm fiziki, həm də hüquqi şəxslərə aiddir. Nəticədə, hazırda valyuta kreditləri manat kreditlərindən orta hesabla 2,12 faiz bəndi bahadır.

Buna əsas səbəb kimi manatın dollara və avroya qarşı tədricən möhkəmlənməsini göstərmək olar və həmin səbəb valyuta kreditlərinin bahalaşmasına da aiddir, çünki valyuta kreditləri əsasən məhz dollar və avro ilə verilir. Belə ki, cari ilin 10 ayı ərzində manat dollara qarşı 0,2% ucuzlaşıb, avroya qarşı isə 7,2% möhkəmlənib. Nəticədə, valyuta kreditləri üzrə faiz dərəcələrini artırmaqla banklar özlərini valyuta risklərindən sığortalayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR