Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xarici valyutada depozitlər üzrə orta faiz dərəcələri isə 2,93 faiz bəndi artaraq illik 10,89% təşkil edib:
| Depozitlər üzrə orta | Hüquqi şəxslər üzrə | Fiziki şəxslər üzrə | |||
| Manat | Xarici valyuta | Manat | Xarici valyuta | Manat | Xarici valyuta |
01.01.2009 | 11,61 | 7,96 | 9,48 | 5,40 | 12,54 | 12,43 |
01.11.2009 | 11,91 | 10,89 | 7,05 | 5,81 | 13,21 | 12,59 |
Göründüyü kimi, hüquqi şəxslər üzrə manat depozitlərindən başqa, bütün depozitlər üzrə orta faiz dərəcələri artıb. Bununla yanaşı, depozitlərin dinamikasında daha bir məqam diqqət çəkir. Belə ki, manat depozitləri üzrə faiz dərəcələri valyuta depozitlərinin faiz dərəcələrindən müəyyən qədər üstündür. Bu da ölkədəki makroiqtisadi vəziyyətlə uyğun olmayan bir haldır. Belə ki, 2009-cu il ərzində manat əsas xarici valyutalar olan dollar və avroya qarşı möhkəmlənib və belə olan şəraitdə banklar üçün manat depozitləri üzrə faiz dərəcələrinin daha aşağı səviyyədə təyin edilməsi məqsədə uyğun olmalıdır.
Qeyd edək ki, həmin amil kreditlər üzrə müşahidə olunur. Belə ki, manat kreditləri valyuta kreditlərindən daha ucuzdur ki, bu da bankların məzənnə risklərinin azaldılması məqsədi ilə bağlıdır. Lakin depozitlərdə banklar tədricən ucuzlaşan valyutada olan depozitlər üzrə faiz dərəcələrini bahalaşan manat depozitlərindən aşağı faizlə təklif edir.