Bank Of Baku

«MBASK» sığorta şirkəti nizamnamə kapitalını artırır

«MBASK» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 14 dekabr 2009 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 25-də Bakı Fond Birjasında (BFB) «MBASK» sığorta şirkətinin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, artıq BFB-nın qeyri-kotirovka vərəqəsinə daxil edilmiş səhmlərin ümumi sayı 5 min ədəd, nominal dəyəri 200 manat, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «UniCapital» ASC çıxış edəcək. Səhmlərin yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə «MBASK»ın nizamnamə kapitalı 50% artaraq 3 mln. manat çatacaq.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR