Bank Of Baku

«Nikoil Leasing»in lizinq portfeli 10% azalıb

«Nikoil Leasing»in lizinq portfeli 10% azalıb
# 14 dekabr 2009 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2009-cu ilin dekabr ayının 1-nə 5,221 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 10,4% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, indiyədək şirkət tərəfindən təxminən 7 mln. manat dəyərində 11 lizinq müqaviləsi bağlanıb.

Şirkətin lizinq portfelinin diversifikasiyasına gəldikdə isə, burada portfelin 79,63%-ni xüsusi avadanlıq, 16,33%-ni xüsusi təyinatlı texnika, 2,36%-ni yük maşınları, 1,68%-ni bank avadanlığı (bankomatlar) təşkil edib.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edib. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR