Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Vaxtı keçmiş bank kreditlərinin 90%-i üzrə ehtiyatlar yaradılıb

Azərbaycan Mərkəzi Bankı: Vaxtı keçmiş bank kreditlərinin 90%-i üzrə ehtiyatlar yaradılıb
# 15 dekabr 2009 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycan bank sistemində artım dinamikası müşahidə olunur. «APA-Economics» xəbər verdiyi kimi, bunu bildirən Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov qeyd edib ki, cari ilin II rübündən ölkənin bank sektorunda stabilləşmə müşahidə edilir.

R.Orucovun sözlərinə görə, 2009-cu ilin əvvəlindən banklar 900 mln. ABŞ dolları həcmində xarici borc ödəyib, eyni zamanda 450 mln. dollara yaxın xaricdən yeni vəsait cəlb edib. Bununla yanaşı, ilin əvvəlindən bank əmanətləri 20%, kredit qoyuluşları 10% artıb. R.Orucov əlavə edib ki, hazırda bank sistemində toplam likvidlik 1,2 mlrd. manat təşkil edir.

Bankların məcmu kredit portfelinin 4%-i vaxtı keçmiş kreditlərin payına düşür ki, bunun da öz növbəsində 9/10 hissəsini təşkil edən kreditlər üzrə zəruri ehtiyatlar yaradılıb. AMB rəsmisinin sözlərinə görə, Rusiya və Qazaxıstan kimi ölkələrdə bu göstərici 30-40%-dən yuxarı deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR