Bank Of Baku

Azərbaycanda bank kreditlərinin ucuzlaşması gözlənilir

Azərbaycanda bank kreditlərinin ucuzlaşması gözlənilir
# 15 dekabr 2009 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən əhaliyə verilən kreditlərin illik faiz dərəcələrinin azalması gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göətərən banklar tərəfindən faiz siyasətinə yenidən baxılır. Nəticədə, əhaliyə verilən kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasını gözləmək olar: «Banklar tərəfindən cəlb olunmuş resursların dəyərində ucuzlaşma baş verəcək ki, bu da verilən kreditlərin dəyərinə təsir göstərəcək».

R.Orucov onu da qeyd edib ki, ölkənin bank sektorunda əmanətlər üzrə illik ortalama hazırda 12-14% təşkil edir, bu da inflyasiyanın səviyyəsi ilə bağlıdır: «Lakin builki inflyasiyanın səviyyəsi çox aşağı səviyyədədir və banklar tərəfindən əhaliyə verilən kreditlərin illik faiz dərəcələrinin azaldılmasını gözləmək olar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR