Bank Of Baku

«Muğan Bank»ın uduşlu istiqrazları üzrə ilk lotereya tirajı keçirilib

«Muğan Bank»ın uduşlu istiqrazları üzrə ilk lotereya tirajı keçirilib
# 15 dekabr 2009 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda «Muğan Bank» Səhmdar Kommersiya Bankının (SKB) uduşlu istiqrazları üzrə ilk lotereya tirajı keçirilib.

«APA-Economics»in məlumatına görə, uduş tirajında bankın Müşahidə Şurasının üzvü Şaiq Abdullayev lotereya tirajının qaydaları ilə bağlı iştirakçılara geniş məlumat verib.

Ş.Abdullayevin sözlərinə görə, bu il oktyabrın 30-da «MuğanBank» ASC adsız, faizli istiqrazların yerləşdirilməsinə başlayıb. Bir istiqrazın nominal dəyəri 50 (əlli) manatdır. İstiqraz emitent tərəfindən 10 (on) il müddətinə emissiya olunub və illik 2 (iki) faiz gəlirlilik təmin edir. İstənilən şəxs istiqraz əldə edə və 10 000 manat udmaq şansı qazana bilər. İstiqrazlar udmadığı təqdirdə, onları bankın istənilən filialına qaytarmaq və ödənilən pulları geri almaq olar. Ayrılıqda hər bir istiqrazın seriya nömrəsi emitent tərəfindən hər 45 (qırx beş) gündən bir təşkil olunan tirajda iştirak edir və 10 000 (2 ədəd), 5 000 (5 ədəd), 2 500 (10 ədəd), 1000 (18 ədəd), 500 (29 ədəd), 250 (30 ədəd) və 100 (6 ədəd) manat uduşlara sahib olmaq şansı verir.

Daha sonra uduş tirajına start verilib. Tiraj zamanı 100 manatdan başlayaraq 10 min manata qədər uduşlar oynanılıb və qaliblər müəyyənləşib. Tirajda 154594 nömrəli istiqrazın sahibi 10 min manatın qalibi olub.

Xatırladaq ki, «MuğanBank» ASC Azərbaycan Milli (Mərkəzi) Bankının lisenziyası əsasında 1992-ci ildə təsis edilib. Yarandığı gündən bankın başlıca vəzifələri ölkə iqtisadiyyatının inkişafında fəal iştirak etmək, geniş əhali kütləsinə hər cür bank xidməti göstərmək və bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olub. Hazırda «MuğanBank» ASC-nin 28 filialı və şöbəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR