Bank Of Baku

Azərbaycandakı 8 bank hələ də Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə qoşulmayıb

Azərbaycandakı 8 bank hələ də Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə qoşulmayıb
# 15 dekabr 2009 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə borcalanlar barədə ölkədə fəaliyyət göstərən özəl bankların yalnız 38-i məlumat təqdim edir. «APA-Economics»in məlumatına görə, bunu Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin rəhbəri Elçin Həbibov bildirib.

Onun sözlərinə görə, 2009-cu il ərzində kredit reyestrindən 38 bank istifadə edib ki, ötən il reyestrdən istifadə edən bankların sayı 17-yə bərabər olub: «Bankların sayının artması Mərkəzi Bank tərəfindən keçirilən islahatlarla bağlıdır».

E.Həbibov onu da bildirib ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində 680 min borcalan barədə məlumat saxlanılır: «Həmçinin, zaminlər barədə də məlumatlar alımağa başlamışıq ki, onların sayı 250 minə bərabərdir. Hazırda reyestrdə 125 minə yaxın aktiv kredit üzrə məlumat var və bu məlumatlar yeni kredit hesabatı formalaşandan sonra veriləcək. Bu təkmilləşdirmənin 2010-cu ilin I rübündə tam başa çatdırılacağı gözlənilir».

Qeyd edək Ki, hazırda Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR