Bank Of Baku

«Muğan Bank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 60 mln. manata çatdırıb

«Muğan Bank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 60 mln. manata çatdırıb
# 15 dekabr 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankının (SKB) əhalidən cəlb etdiyi əmanətlərin həcmi 60 mln. manata çatıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib.

Ş.Ələkbərovun sözlərinə görə, bu həcmdə əmanətin cəlb edilməsi bankın əhali ilə sıx işləməsini, həmçinin əhalinin bu banka inamını göstərir: «Bank növbəti ildə də müştərilər üçün yeni bank məhsulları, o cümlədən kredit və depozit məhsulları hazırlamaq niyyətindədir. Bu layihələr təkcə növbəti il deyil, daha bir neçə il davam etdiriləcək».

Xatırladaq ki, «Muğan Bank» ASC 1992-ci ildə təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR