Bank Of Baku

Asiya İnkişaf Bankının Şəhər Təsərrüfatı Şöbəsinin direktoru Azərbaycana gələcək

Asiya İnkişaf Bankının Şəhər Təsərrüfatı Şöbəsinin direktoru Azərbaycana gələcək
# 15 dekabr 2009 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il dekabrın 16-da Asiya İnkişaf Bankının (AİB) Şəhər Təsərrüfatı Şöbəsinin direktoru Metyu Vestfal (Matthew Westfall) Azərbaycana səfər edəcək.

AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfər zamanı AİB rəsmisi Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşəcək, bankla hökumət arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparacaq.

M.Vestfalın səfəri çərçivəsində «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində AİB və Azərbaycan arasında 75 mln. ABŞ dolları məbləğində kredit sazişinin imzalanması gözlənilir. V.Vestfalın Azərbaycana səfəri dekabrın 18-dək davam edəcək.

Qeyd edək ki, layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastrukturun qurulması və bərpası, institusional islahatlar və maddi-texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.

Fiziki infrastrukturun qurulması və bərpası komponenti çərçivəsində Ağdaş və Göyçayda 6 buruq quyusundan ibarət su quyusu sahəsinin yaradılması və mövcud iki buruq quyusunun reabilitasiyası, hazırkı su paylama sistemini yeni borularla (təxminən 100 km) əvəz edilməsi, su axınının təzyiqini yaratmaq üçün hündürdə qurulacaq 6 hovuz və təmizləmə-saflaşdırma qurğularının tikintisi daxildir.

Naxçıvanda isə infiltrasiya qurğusundan öz axını ilə gələn yeni sutoplama sistemi, 4 idarəolunan hovuzun yaradılması, 6 mövcud hovuzun təmiri və onların öz təzyiqi ilə axan şəbəkə vasitəsilə paylama sisteminə birləşdirilməsi nəzərdə tutulur. Çirkab kanalizasiya suyu üçün isə hər üç bölgədə çirkab axıntının tənzimlənməsi hovuzları sistemi qurulacaq ki, bu da çaya axıdılan suyun lazımi səviyyədə təmizlənməsinə imkan verəcək.

Bundan başqa, 120 km uzunluqda əsas və əlavə kanalizasiya xətləri və 4 kanalizasiya nasos stansiyası qurulacaq.

Xatırladaq ki, Azərbaycanla AİB arasında «Şəhər su təchizatı və kanalizasiya Layihəsi»nin icrasına dair razılaşma sənədi 2005-ci ilin noyabr ayında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR