Bank Of Baku

Azərbaycan İpoteka Fondu gələn il istiqrazların emissiyasını davam etdirəcək

Azərbaycan İpoteka Fondu gələn il istiqrazların emissiyasını davam etdirəcək
# 15 dekabr 2009 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda dövlət ipoteka kreditlərinin verilməsində heç bir problem müşahidə olunmur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə də Azərbaycan İpoteka Fondu tərəfindən ipoteka istiqrazlarının emissiyası və yerləşdirilməsinin davam etdirilicəyi gözlənilir.

Sosial ipotekaya gəldikdə isə AMB rəsmisi bildirib ki, bu növ ipoteka kreditləri dövlət büdcəsindən ayrılan vəsait həcmində olacaq.

R.Orucov həmçinin qeyd edib ki, hazırda AMB bir sıra ölkənin ipoteka kreditləşməsi ilə bağlı təcrübəsini nəzərdən keçirir.

Qeyd edək ki, Azərbaycanda 2009-cu ilin iyun ayının 1-dən dövlət büdcəsindən maliyyələşən ipoteka kreditləşməsi bərpa olunduqdan sonra noyabrın 1-dək təxminən 1 400 nəfərə ümumilikdə 59 mln. manat həcmində ipoteka krediti verilib. Cari ilin oktyabr ayında 12 mln. manat məbləğində ipoteka krediti verilib, 300-ə yaxın ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb.

Ümumilikdə, 2006-cı ilin mart ayından başlayaraq, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 mln. manat həddini keçib. Nəticədə, 3 400-ə yaxın ailə ipoteka kreditləri hesabına yaşayış-mənzil şəraitini yaxşılaşdıra bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR