Bank Of Baku

«AccessBank» Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı krediti gələn ilin ilk rübündə alacaq

«AccessBank» Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı krediti gələn ilin ilk rübündə alacaq
# 15 dekabr 2009 14:24 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ayırdığı kreditin ilk tranşını 2010-cu ilin birinci rübündə alacaq. Bu barədə «APA-Economics»ə «AccessBank»ın baş meneceri Endryu Pospielovski məlumat verib.

E.Pospielovskinin sözlərinə görə, vəsaitlərin AYİB tərəfindən ayrılması prosesinin gələn il tamamlanması planlaşdırılır. Ayrılan vəsaiti «AccessBank» Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsinə yönəldəcək.

Xatırladaq ki, bu ilin dekabrın 8-də Londonda keçirilən I Azərbaycan İnvestisiya Sammiti çərçivəsində AYİB tərəfindən «AccessBank»ə 4 il müddətinə 10 mln. ABŞ dolları həcmində sintetik kreditin ayrılmasına dair saziş imzalanıb. Kredit «AccessBank»a manatla ayrılsa da, AYİB-ə dollarla ödəniləcək.

Qeyd edək ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 270,313 mln. manat, depozit portfeli 41,519 mln. manat, kredit portfeli 219,395 mln. manat, məcmu kapitalı 56,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın respublika üzrə 23 filalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR