Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri yaxın 20 ildə 11 dəfə artacaq

Azərbaycan Dövlət Neft Fondunun aktivləri yaxın 20 ildə 11 dəfə artacaq
# 16 dekabr 2009 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2029-cu ildək təxminən 150 mlrd. ABŞ dolları səviyyəsinə kimi artacağı proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə Dövlət Neft Fondundan məlumat verilib.

Qeyd edək ki, 2009-cu ilin oktyabr ayının 1-nə Neft Fondunun aktivlərinin həcmi 13,3 mlrd. dollara bərabər olub.

ARDNF-in proqnozlarına əsasən, Fondun aktivlərinin artması tədricən və müntəzəm baş verəcək. Belə ki, Fondun aktivlərin artmı üzrə hazırladığı cədvələ əsasən, aktivlırin illik artımı orta hesabla 6-7 mlrd. dollar təşkil edəcək.

Qeyd edilən proqnoz neftin qiymətinin 50 dollar/barel olması şərti ilə hesablanıb. Lakin faktiki qiymət bu göstəricidən artıq olacağı təqdirdə, ARDNF-in aktivlərinin artım tempi də daha yüksək ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR