Bank Of Baku

«Omni Finance» xaricdən kredit resursları cəlb edəcək

«Omni Finance» xaricdən kredit resursları cəlb edəcək
# 16 dekabr 2009 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatı 2010-cu il ərzində xarici maliyyə institutlarından 2-3 mln. ABŞ dolları həcmində kredit cəlb etməyi planlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqov bildirib.

E.Sadıqovun sözlərinə görə, təşkilatın növbəti illər üçün hazırlanan strateji planında xarici maliyyə təşkialtlarından vəsaitlərin cəlb edilməsi prioritet sahə kimi qeyd olunub. Artıq 2010-cu ilin əvvəlində kreditlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlara başlanılacaq. İlkiin olaraq Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması nəzərdə tutulub.

E.Sadıqov qeyd edib ki, cəlb olunacaq vəsaitlər respublikanın regionlarında kiçik və orta sahibkarlıqla bağlı layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə mikromaliyyə təşkilatı kimi dövlət qeydiyyatına alınıb. Bu ilin oktyabr ayında isə təşkilat adını «Omni Finance» MMC-yə dəyişib. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə qurumuin aktivlərinmin həcmi 200 min manat, kredit portfeli 500 min manat, nizamnamə kapitalı isə 160 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR