Bank Of Baku

Gələn ilin əvvəlində «United Credit Bank»ın səhmdarlarının iclası keçiriləcək

Gələn ilin əvvəlində «United Credit Bank»ın səhmdarlarının iclası keçiriləcək
# 16 dekabr 2009 09:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn ilin əvvəlində «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının ümumi iclası keçiriləcək. Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, iclasda bankın 2009-ci ilin maliyyə nəticələri, mənfəətin bölüşdürülməsi, həmçinin 2010-cu ildə görüləcək əsas işlər barədə müzakirələr aparılacaq.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 yerli fiziki şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR