Bank Of Baku

«Omni Finance» istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb

«Omni Finance» istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb
# 16 dekabr 2009 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) «Omni Finance» qeyri-bank kredit təşkilatının sənədsiz adlı təmin edilmiş istiqrazların emissiyasının yerləşdirilməsinə başlanılıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edib. İstiqrazlar üzrə gəlirlik illik 14% səviyyəsində müəyyənləşdirilib, istiqrazların dövriyyə müddəti isə 365 gündür. Kağızlar üzrə hesablanan dividendlər emitent tərəfindən istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən hər rübün son iş günü ödəniləcək.

Emissiyanın yerləşdirilməsində anderrayter rolunda «Texnika Capital Management» şirkəti çıxış edir.

Qeyd edək ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə mikromaliyyə təşkilatı kimi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb və 2009-cu ilin oktyabr ayında adını «Omni Finance» MMC-yə dəyişib. Hazırda şirkətin nizamnamə kapitalı 160 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR