Bank Of Baku

«AGBank» müştərilərə yeni kart məhsullarını təqdim edib

«AGBank» müştərilərə yeni kart məhsullarını təqdim edib
# 16 dekabr 2009 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankı (SİB) müştərilərə «MasterCard World Signia» və «Hotel Express» kartlarını təklif edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «MasterCard World Signia» öz sahibinə eksklüziv xidmət imkanını verir və istənilən problemlərin həllində yardımçı olur. Müştəri kartın üzərindəki telefon nömrəsinə zəng etməklə elit restoranda masanın sifarişi və dünyanın istənilən ölkəsində istənilən tədbirə biletlərin alınması, həmçinin yaxtaların icarəsi və hədiyyələrin çatdırılması kimi sifarişlər edə bilər. Xidmət həftənin 7 günü, 24 saat ərzində aktivdir.

Bundan baqa, müştərilər Azərbaycan bazarında ilk dəfə olaraq səfər xərclərini xeyli azaldan «Hotel Express» kartını əldə edə bilər. Bu kartın sahiblərinə «Novotel», «Hilton», «Radisson», «Holiday Inn», «Sheraton», «Renaissanse», «Kempinski» kimi otellərin istənilən səviyyəli otaqlarını pulsuz bron etmək imkanı verilir. «Hotel Express» diskont kartı dünya üzrə 9000-dən çox oteldə 50%-lik güzəşt imkanı verir.

Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 227,339 mln. manat, depozit portfeli 105,481 mln. manat, kredit portfeli 175,918 mln. manat, məcmu kapitalı 35,724 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 16 filialı, 55 bankomatı və 450 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR