Bank Of Baku

«Azərbaycan Kredit Bankı» ilin əvəlindən depozit portfelini 25% artırıb

«Azərbaycan Kredit Bankı» ilin əvəlindən depozit portfelini 25% artırıb
# 16 dekabr 2009 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 28,313 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 5,2% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 0,8% artaraq 26,304 mln. manata, depozit portfeli isə 25% genişlənərək 6,045 mln. manata çatıb.

Bu müdət ərzində bankın məcmu kapitalı 10,1% artaraq 13,114 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,205 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın ümumi gəlirləri 4,149 mln. manat, xərcləri isə 2,846 mln. manat olub. Nəticədə, bankın mənfəəti 1,303 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» 2005-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 1 filialı, 1 bankomatı və 1 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR