Bank Of Baku

Yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 9%-ə çatıb

Yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 9%-ə çatıb
# 16 dekabr 2009 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında 29,7 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi müvafiq olaraq 7,6% artaraq 3 360,7 manat və ya 4 181 ABŞ dolları təşkil edib.

ÜDM-in 19,1 mlrd. manatı (64,5%-i) iqtisadiyyatın istehsal, 8,3 mlrd. manatı (27,9%-i) isə xidmət sahələrinin payına düşüb, bu sahələrdə əlavə dəyər müvafiq olaraq 10,5% və 6,7% artıb.

Bu dövrdə sənayedə 15 mlrd. manatlıq, yaxud ÜDM-in 50,6%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1,7 mlrd. manatlıq (müvafiq olaraq 5,8%), tikintidə 2,4 mlrd. manatlıq (8,1%), nəqliyyatda 1,8 mlrd. manatlıq (6,2%), poçt və rabitədə 590,9 mln. manatlıq (2%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində 2 mlrd. manatlıq (6,8%), mehmanxana və restoran xidmətlərində 302,7 mln. manatlıq (1%), sosial və digər xidmətlər sahələrində isə 3,5 mlrd. manatlıq (11,9%) əlavə dəyər yaradılıb.

Əlavə dəyərin 47,8%-i neft-qaz sektorunda, 44,6%-i iqtisadiyyatın qeyri-neft sahələrində yaradılıb, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,6%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR