Bank Of Baku

«TBC Kredit» ipoteka kreditləşməsini bərpa edib

«TBC Kredit» ipoteka kreditləşməsini bərpa edib
# 16 dekabr 2009 12:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatı ipoteka kreditlərinin verilməsini bərpa edib.

«TBC Kredit»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ipoteka kreditlərinin bərpası ilə yanaşı, istehlak və biznes kreditləri üzrə də faiz dərəcələri aşağı salınıb, bu kreditlərin müddət və məbləği artırılıb. Təşkilat həmçinin evin alqısı və təmiri, xüsusi ev tikintisi, torpaq sahəsinin alınması üçün kreditlər təklif edir. Kreditin müddəti 10 il, maksimal məbləği isə 200 min ABŞ dolları ola bilər.

Qeyd edək ki, hazırda təşkilatın biznes kreditləri üzrə maksimum məbləğ 500 min manata, müddəti isə 60 aya bərabərdir.

Xatırladaq ki, «TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı kimi yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişdirilib. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. Ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR