Bank Of Baku

«Deka Bank»ın aktivləri ilin əvvəlindən 18% artıb

«Deka Bank»ın aktivləri ilin əvvəlindən 18% artıb
# 16 dekabr 2009 12:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 32,401 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18,43% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23,76% artaraq 26,276 mln. manata, depozit portfeli isə 66,71% artaraq 8,692 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 14,71% artaraq 12,307 mln. manat, o cümlədən nizamnaə kapitalı sabit qalaraq 9,594 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın ümumi gəlirləri 4,767 mln. manat, xərcləri isə 2,391 mln. manat olub. Nəticədə, bank 2,376 mln. manat məbləğində mənfəəti əldə edib.

Xatırladaq ki, «Deka Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 6 filialı (2-si regional) var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR