Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti son bir ildə 2,2% artıb

Azərbaycan dövlət büdcəsinin profisiti son bir ildə 2,2% artıb
# 16 dekabr 2009 13:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 8,3 mlrd. manat, xərcləri isə 7,2 mlrd. manat təşkil edib. Nəticədə, büdcənin icrasında 1 163,3 mln. manatlıq və ya ümumi daxili məhsulun 4,4%-i qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 4,6%, xərcləri 5,3% azalıb, profisit isə 2,2% artıb.

Hesabat dövründə vergi gəlirlərinin 40,2%-i əlavə dəyər vergisindən, 30,9%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 11,8%-i fiziki şəxslərin gəlir vergisindən, 5,8%-i aksiz vergisindən, 5,1%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 3,002 mlrd. manatı (41,8%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 907,7 mln. manatı (12,6%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1 146,3 mln. manatı (16%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 31,7%-ni (2 275,7 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR