Bank Of Baku

«NBC Bank» son bir ildə depozit portfelini 21% artırıb

«NBC Bank» son bir ildə depozit portfelini 21% artırıb
# 16 dekabr 2009 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 49,132 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,69% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesasbat dövründə bankın öhdəlikləri 19,36% artaraq 29,911 mln. manata, kredit portfeli 22,74% artaraq 42,030 mln. manata, depozit portfeli isə 21,30% genişlənərək 28,350 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 18,04% artaraq 18,415 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,79% artaraq 15,598 mln. manat olub.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə bankın ümumi gəlirləri 83,57% artaraq 16,827 mln. manata, o cümlədən faiz gəlirləri 35,47 artaraq 7,118 mln. manata, qeyri-faiz gəlirləri isə 2,5 dəfə artaraq 9,709 mlın. manata çatıb. Bankın ümumi xərcləri 97,45% artaraq 15,156 mln. manat, o cümlədən faiz xərcləri 30,31% artaraq 3,219 mln. manat, qeyri-faiz xərcləri isə 2,3 dəfə artaraq 11,937 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 12,10% artaraq 1,671 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR