Bank Of Baku

«Turan Bank» bu il «Sirlər Xəzinəsi» kampaniyası çərçivəsində 11 mln. dollardan çox vəsait cəlb edib

«Turan Bank» bu il «Sirlər Xəzinəsi» kampaniyası çərçivəsində 11 mln. dollardan çox vəsait cəlb edib
# 16 dekabr 2009 14:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin iyundan etibarən Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankı «Sirlər Xəzinəsi» kampaniyası çərçivəsində 11,1 mln. ABŞ dolları həcmində depozit cəlb edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində «Buta», «Mücrü», «Xurcun», «Sandiqça», «Qızıl Küpə», «Xəzinə» və «Dəfinə» adlanan 7 depozit növü təklif olunur.

Qeyd edək ki, «Sirlər Xəzinəsi» kampaniyası çərçivəsində depozit məhsulu seçən müştəri illik 25,5%-dək gəlirlik, depozit üzrə valyuta seçimi, müddət seçimi, faizlərin alınmasının müddət seçimi, kredit və debet plastik kartlarının pulsuz alınması, kredit xəttin açılması və s. imkanlar əldə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR