Bank Of Baku

Azərbaycan Risk Peşəkarları Assosiasiyası Himayəçilər Şurasının ilk toplantısı keçirilib

Azərbaycan Risk Peşəkarları Assosiasiyası Himayəçilər Şurasının ilk toplantısı keçirilib
# 16 dekabr 2009 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) Himayəçilər Şurasının ilk iclası keçirilib.

ARPA-dan «APA-Economics»ə verilən məlumata görə, Şuranın ilk iclasında digər məsələlərlə yanaşı Şuranın əsasnaməsi, Assosiasiyanın üzvlük siyasəti və idarəedici orqanı olan Direktorlar Şurasının əsasnaməsi müzakirə olunub.

Bununla yanaşı, Himayəçilər Şurasının ilk iclasında ARPA-nın strateji məqsədlərinə çatması üçün görülmüş işlər, qarşıda duran məsələlər, yeni sahələrin və strateji məqsədlərin müəyyən olunması və digər mühüm mövzular kimi «Banklarda Daxili Auditorların sertifikasiyası» proqramı, «Qabaqcıl Risk-Menecment» proqramı müzakirə olunub, Direktorlar Şurasına bu məsələlərlə bağlı tövsiyələr verilib.

İclasa Azərbaycan Mərkəzi Bankı Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov sədrlik edib və iclasda üzv kimi Azərbaycan Beynəlxalq Bankı, «AGBank» kommersiya bankı, İslam İnkişaf Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının Bpakı ofisinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, idarəedici orqan olmayan Himayəçilər Şurasının əsas məqsəd və vəzifəsi ARPA-nın fəaliyyətinə dəstək vermək və onun fəaliyyətinin məhsuldar olması üçün tədbirlər görməkdir.

Xatırladaq ki, bu ildən etibarən fəaliyyət göstərən Assosiasiyanın Himayəçilər Şurasının hazırda 11 üzvü var. Ümumilikdə isə, sənədlərlə üzvlərin sayı 15 nəfər nəzərdə tutulub. Himayəçilər Şurasının iclasları rübdə bir dəfədən az olmamaq şərti ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR