Bank Of Baku

«Turan Bank» son bir ildə aktivlərini 26% artırıb

«Turan Bank» son bir ildə aktivlərini 26% artırıb
# 16 dekabr 2009 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 103,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 15% artaraq 75,8 mln. manata, depozit portfeli isə 17,4% genişlənərək 34,6 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 9,3% artaraq 20,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,3% artaraq 17 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artaraq 14,4 mln. manat, xərcləri isə 11,7 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti son bir ildə 1% artaraq 2,7 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR