Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin həccmi 2,126 mlrd. manata çatıb

Azərbaycanda əhalinin bank əmanətlərinin həccmi 2,126 mlrd. manata çatıb
# 16 dekabr 2009 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabr ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,4% artaraq 2 125,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 824,9 mln. manatı və ya 38,8%-i milli, 1 300,7 mln. manatı (müvafiq olaraq 61,2%-i) xarici valyuta şəklində qoyulub, özəl banklarda yerləşdirilmiş əmanətlərin xüsusi çəkisi isə 75,9%-ə çatıb.

Qeyd edək ki, 2009-cu ilin noyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,79 manat, 1 avroya 1,20 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80 manat, 2,53 manat və 1,12 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR