Bank Of Baku

«United Credit Bank» ilk mübadilə şöbələrini açır

«United Credit Bank» ilk mübadilə şöbələrini açır
# 16 dekabr 2009 15:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «United Credit Bank» Səhmdar Komemsiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi 12 mübadilə şöbəsini istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bldirib.

V.Əliyevin sözlərinə görə, ümumilikdə plana uyğun olaraq, yaxın vaxtlarda 25-30 mübadilə şöbəsinin açılması nəzərdə tutulub. Lakin sənədləşmə məsələsi ilə bağlı ilin sonuna yalnız 10-12 mübadilə şöbəsi istifadəyə veriləcək.

V.Əliyev bildirib ki, mübadilə şöbələri birbaşa bankın öz təşəbbüsü ilə açılır, yəni, bu məqsədlə heç bir fiziki şəxs banka müraciət etməyib: «Bu, bank tərəfindən istifadəyə veriləcək ilk analoji şöbələr olacaq. Hazırda mübadilə şöbələrinin təsis sənədləri hazırlanır».

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 yerli fiziki şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR