Bank Of Baku

Yeni il bayramı Azərbaycana 83 mln. dollar zərər vuracaq

Yeni il bayramı Azərbaycana 83 mln. dollar zərər vuracaq
# 17 dekabr 2009 09:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə bu il 31 dekabr-4 yanvar tarixləri (31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar – Yeni il bayramı, 3-4 yanvar – əvvəlki şənbə-bazar günlərinin yeni həftəyə keçirilməsi hesabına) qeyri-iş günləri elan olunub. Bu günlər ərzində ölkə ərazisində dövlət sektorunda və qeyri-dövlət sektorunda rəsmi şəkildə çalışanlar istirahət edəcəklər, lakin onların işə götürənləri həmin günlər üçün əmək haqqı ödəyəcəklər. Halbuki respublikadakı əsas işçi qüvvəsi ÜDM-in formlaşmasında iştirak etməyəcək, yəni əksər məhsullar istehsal olunmayacaq və xidmətlər göstərilməyəcək.

«APA-Economics»in apardığı təxmini hesalamalara əsasən, qarşıdakı 5 bayram günü üçün əmək haqqı ödənişləri toplam 67 mln. manat təşkil edəcək. Belə ki, orta hesablamalara görə, Azərbaycan üzrə rəsmi qeydiyyatda olan çalışanların illik əmək haqqı fondunun həcmi 4 884 mln. manata bərabərdir. Beləliklə, 5-günlük əmək haqqının məbləği 66,9 mln. manat və ya 83,3 mln. ABŞ dolları təşkil edir. Yəni, bu məbləğ Azərbaycandakı işə götürünlərin bayram günlərində qarşılacaqları maliyyə itkisi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bu göstəricinin orta aylıq ÜDM-yə nisbəti təxminən 2,5%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR