Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı yeni ildən zəif bankların konsolidasiyası məsələsini gündəmə gətirəcək

Azərbaycan Mərkəzi Bankı yeni ildən zəif bankların konsolidasiyası məsələsini gündəmə gətirəcək
# 17 dekabr 2009 10:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-cu ildən etibarən daxili bazarında əhəmiyyətli mövqeyə malik omayan bank təşkilatlarının konsolidasiyası məsələsini gündəmə gətirəcək. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, kapitallaşma səviyyəsi AMB-nin müvafiq tələblənamələrinə cavab verməyən bankların birləşməsi məsələsi gələn il Mərkəzi Bankın tənzimləmə siyasətinin prioritet istiqamətlərindən biri olacaq. «Bu banklar ölkədə fəaliyyət göstrən bank təşkilatları sırasında ən axırıncı mövqeləri tutur, Mərkəzi Bankın minimum kapitallaşma ilə bağlı tələbinə riayət etmir və bank sektorunda əhəmiyyətli mövqeyə malik deyil».

A.Quliyev qeyd edib ki, kapitallaşma ilə bağlı tələbnaməni yerinə yetrirməyən, eyni zamanda əhəmiyyətli mövqeyə malik olmayan bankların ümumiyyətlə, sistemdən kənarlaşdırılması məsələsi də gündəmə gələcək: «Hansı banklar ki, birləşərək kapitallarını artıracaq, həmin banklar fəaliyyətini davam etdirəcək. Əks halda, bu tələblərə riayət etməyən banklar qeyri-bank kredit təşkilatına çevriləcək».

Xatırladaq ki, hazırda Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərir. AMB-nin bankların məcmu kapitalına qarşı tətbiq etdiyi minimal tələbnamə 10 mln. manat təşkil edir. Hazırda kapitalın yetərliliyi üzrə qiymətləndirmədən keçməyən bankların sırasına «Debut Bank», «EvroBank», «Qafqaz İnkişaf Bankı» və s. daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR