Bank Of Baku

Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına dair hazırlanmış Tədbirlər Planının təqdimatı keçirilib

Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına dair hazırlanmış Tədbirlər Planının təqdimatı keçirilib
# 17 dekabr 2009 11:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dünya Bankı (DB) və İsveçrənin SECO təşkilatının dəstəyi ilə Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və əhalinin maliyə savadlığının artırılması Proqramı çərçivəsində DB tərəfindən hazırlanmış Tədbirlər Planının geniş təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev, DB-nın ölkə üzrə meneceri Qreqori Yedjeyçak, Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Azərbaycan Mikromaliyyə Assosiasiyanın icraçı direktoru Jalə Hacıyeva və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan A.Quliyev qeyd edib ki, maliyyə bazarları inkişaf etdikcə bazarların ədalətli, açıq və səmərəli işləməsi üçün əsas məqsədlərdən biri maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsidir. Onların bank əmanətçisi və ya borcalan, həmçinin sığorta polisləri, qiymətli kağızlar, investisiya və pensiya fondlarına vəsait qoymuş investorlar olmasından asılı olmayaraq, maliyyə istehlakçıları bağladıqları müqavilələrin şərtlərini dəqiq anlamaq və müqavilə şərtlərinin pozulması halında tədbir görmək imkanına malik olmalıdır.

A.Quliyevin sözlərinə görə, hazırkı işçi sənədi maliyyə xidmətləri sahəsində istehlakçıların hüqquqlarının müdafiəsinin təhlili üzrə pilot proqramının tərkib hissəsi kimi hazırlanmış 9 hesabatın üçüncüsü və Avropa İttifaqının üzvü olmayan ölklər arasında birinci hesabatdır. Sənədin üç məqsədi var ki, bura maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsinin qiymətləndirilməsi üçün müsbət təcrübə əsasında normaların layihə variantının təqdim edilməsi, ikincisi Azərbaycanda mövcud qaydaların və təcrübənin hazırlanan normalarla müqayisədə nəzərdən keçirilməsi və sonuncusu isə istehlakçı hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin verilməsi daxildir.

A.Quliyev bildirib ki, işçi sənədi AMB-nin müraciəti əsasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və digər dövlət və qeyri-dövlət təşkialtalarının dəstəyi ilə hazırlanıb.

Tədbirdə çıxış edən Q.Yedjeyçak maliyyə böhranın dünya iqtisadiyyatına təsiri, həmçinin böhran şəraitində maliyyə xidmətlərinin istehlakçıları ilə bu xidmətləri göstərən təşkilatlar arasında yaranan problemlərdən danışıb.

Maliyyə xidmətlərinin sığorta sektorundan danışan N.Xəlilov isə son illər ərzində isterhlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinin aparıldığını bildirib: «İstehlakçıların hüquqlarının müdafiəsi sığorta bazarının davamlı inkişafına gətirib çıxarır. Bu səbədən bu sahədə davamlı işlərin görülməsi, həmçinin istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarəti daha da gücləndiriləcək».

Toplantıda həmçinin, aparılan təhlillər nəticəsində Azərbaycanda istehlakçı hüquqlarının qorunması və əhalinin maliyyə savadlığının artırılması sahəsində beynəlxalaq məsləhətçilər tərəfindən bu sahədə hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, habelə institutsional çərçivənin inkişafı ilə bağlı təkliflər paketi tədbir iştirakçılarına təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR