Bank Of Baku

Azərbaycanda sığortalıların hüquqlarının müdafiəsinə dair yeni qaydalar hazırlanır

Azərbaycanda sığortalıların hüquqlarının müdafiəsinə dair yeni qaydalar hazırlanır
# 17 dekabr 2009 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda sığorta olunanların hüquqlarının müdafiəsinə dair yeni qaydalar hazırlanır. Bu barədə «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov məlumat verib.

N.Xəlilovun sözlərinə görə, hətta sadə vətəndaşların anladığı formada hazırlanan həmin sənəd hazırda Azərbaycan Sığortaçılar Assosiasiyasının mütəxəssisləri tərəfindən müzakirə edilir: «Bu qaydalar təsdiqləndikdən sonra vətəndaşların maliyyə savadlılığı, o cümlədən sığorta sahəsindəki biliyi artacaq».

Qeyd edək ki, bu qaydaların hazırlanmasında əsas məqsəd sığortalıların mənafeyinin qorumasının gücləndirilməsidir. Mövcud qaydalardan fərqli olaraq, yeni sənəddə hər xırda səbəbə görə sığorta ödənişindən imtina halları və məntiqi imtina əsasları ilə bağlı maddələr təkmilləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR