Bank Of Baku

Azərbaycanda uçot dərəcəsinin tezliklə artırılması gözlənilmir

Azərbaycanda uçot dərəcəsinin tezliklə artırılması gözlənilmir
# 17 dekabr 2009 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın vaxtlarda uçot dərəcəsini artırmaq niyyətində deyil. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, hazırda AMB-də uçot dərəcəsinin artırılması məsələsi ilə bağlı müzakirələr aparılmır: «Çünki hazırda uçot faiz dərəcəsinin artırılmasını şərtləndirən amillər mövdud olmadığı üçün AMB bu məsələyə baxmır».

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin may ayının 25-dən uçot dərəcəsini 3%-dən 2%-ə endirib. Bununla yanaşı, faiz dəhlizinin yuxarı həddi 8%-dən 7%-dək azaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR