Bank Of Baku

Asiya İnkisaf Bankı Azərbaycana yeni kredit ayırıb

Asiya İnkisaf Bankı Azərbaycana yeni kredit ayırıb
# 17 dekabr 2009 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan hökuməti ilə Asiya İnkisaf Bankı (AİB) arasında 600 mln. ABŞ dolları dəyərində Su Təsərrüfati və Kanalizasiya İnvestisiya Proqramı çərçivəsində 75 mln. dollar həcmində kreditin birinci tranşı üzrə sazis imzalanıb.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Su Təsərrüfati və Kanalizasiya İnvestisiya Proqramı investisiya qoyuluşuna daha çox ehtiyacı olan regional şəhərləri əhatə etməklə çoxtranşlı maliyyə mexanizmi vasitəsi ilə AİB və Azərbaycan arasında 8 illik əməkdaslığın əsasını qoyub, investisiyanın mərhələli icrasina şərait yaradıb, eləcə də aydın strategiya və islahatlar proqramı ilə təmin ediləcək.

AİB-in krediti ilk 4 ili güzəşt müddət olmaqla, 24 il müddətinə verilib və faiz dərəcəsi LIBOR borcvermə mexanizminə uyğun təyin edilib, 25 mln. dollar məbləğində vəsait isə Azərbaycan hökuməti tərəfindən təmin ediləcək. Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün layihə ərazilərində icraçı təşkilat «Azərsu», Naxçıvanda isə Dövlət Meliorasiya və Su Təsərrüfati Agentliyi olacaq.

Qeyd edək ki, kredit sazişi AİB-in Şəhər Təsərrüfatı Şöbəsinin direktoru Metyu Vestfalın (Matthew Westfall) Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Xatırladaq ki, layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastrukturun qurulması və bərpası, institusional islahatlar və maddi texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.

Fiziki infrastrukturun qurulması və bərpası komponenti çərçivəsində Ağdaşda və Göyçayda 6 buruq quyusundan ibarət su quyusu sahəsinin yaradılması və mövcud iki buruq quyusunun reabilitasiyası, hazırkı su paylama sistemini yeni borularla (təxminən 100 km) əvəz edilməsi, su axınının təzyiqini yaratmaq üçün hündürdə qurulacaq 6 hovuz və təmizləmə-saflaşdırma qurğularının tikintisi daxildir.

Naxçıvanda isə infiltrasiya qurğusundan öz axını ilə gələn yeni sutoplama sistemi, 4 idarəolunan hovuzun yaradılması, 6 mövcud hovuzun təmiri və onların öz təzyiqi ilə axan şəbəkə vasitəsi ilə paylama sisteminə birləşdirilməsi nəzərdə tutulur. Çirkab kanalizasiya suyu üçün isə hər üç bölgədə çirkab axıntının tənzimlənməsi hovuzları sistemi qurulacaq ki, bu da çaya axıdılan suyun lazımi səviyyədə təmizlənməsinə imkan verəcək.

Bundan başqa, 120 km uzunluqda əsas və əlavə kanalizasiya xətləri və 4 kanalizasiya nasos stansiyası qurulacaq.

Xatırladaq ki, Azərbaycanla AİB arasında Su Təsərrüfati və Kanalizasiya İnvestisiya Proqramının icrasına dair razılaşma sənədi 2005-ci ilin noyabr ayında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR